HRW: “Myanmada 40 müsəlman kəndi yandırılıb”
Mьəllif: admin1
Tarix: 18-12-2017, 16:03
Bцlmə: Xəbərlər
HRW: “Myanmada 40 müsəlman kəndi yandırılıb”
Human Rights Watch (HRW) təşkilatının verdiyi məlumatlara əsasən, oktyabr ayından etibarən Myanmanın Arakan əyalətində müsəlmanlara aid 40 kənd yandırılıb.

Deyerler.org xarici mətbuata istinadən xəbər verir ki, HRW regionda 25 avqustdan etibarən dağıdıldığı müəyyən olunan kəndlərin sayının 354-ə yüksəldiyini qeyd edib.

HRW-nin Asiya üzrə direktoru Bred Adams Myanma və Banqladeş hökumətlərinin rohinyalı müsəlmanların evlərinə qayıtması üçün noyabrın 23-də müqavilə imzalamasına baxmayaraq, o vaxtdan etibarən rohinyalı müsəlmanlara aid onlarla binanın yandırıldığını açıqlayıb: “Bu vəziyyət rohinyalı müsəlmanların təhlükəsiz bir şəkildə geri qayıdacağına dair öhdəliklərin sadəcə yalandan ibarət olduğunu göstərir”.

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930