Katolik kilsəsi İtaliyada məscid inşası üçün ərazi satır
Mьəllif: admin1
Tarix: 16-12-2017, 10:10
Bцlmə: Xəbərlər
Katolik kilsəsi İtaliyada məscid inşası üçün ərazi satır
İtaliyanın Florensiya şəhərində illərdir məscid tikintisi üçün axtarılan ərazini müsəlmanlara katolik kilsəsi verəcək.

Deyerler.org BBC-yə istinadən xəbər verir ki, təxminən 20 min müsəlmanın yaşadığı Florensiyada məscidin olmaması səbəbindən qaraj, anbar, zirzəmi kimi məkanlar məscid kimi istifadə edilir.

Şəhərdəki müsəlman cəmiyyətləri uzun müddətdir ki, məscid tikintisinə uyğun bir ərazi axtarır, ancaq heç cürə razılıq əldə olunmurdu.

Florensiyanın “La Nazione” qəzeti nəhayət məscid çatışmazlığını aradan qaldırmaq üçün katolik kilsəsinin addım atdığını yazıb.

Xəbərə görə, Florensiyanın Sesto Fiorentino bələdiyyəsində katolik kilsəsinə aid bir ərazi məscid tikintisi üçün müsəlman icmasına satılacaq.

Florensiya Arxiyepiskopluğu bələdiyyə və müsəlman camaatın nümayəndələri arasında ilkin razılaşmanın təmin olunduğunu və rəsmi protokolun gələn həftə imzalanacağını bildirib.

“La Nazione” qəzetinin “inqilabi bir mədəni inteqrasiya layihəsi” kimi xarakterizə etdiyi layihə çərçivəsində, katolik kilsəsinin satacağı ərazidə bir məscid ilə İslam mərkəzi inşa ediləcək. Bu ərazinin yaxınlığındakı “Polo Scientifico” Universitetinin ərazisinə də bir “katolik mərkəzi” qurulacaq.

Qəzet bu şəkildə iki dinə aid binaların yanaşı inşa edilməsilə mədəni və dini baxımdan rəmzi bir mesaj veriləcəyini yazıb.

Qəzetin xəbərində daha sonra Sesto Fiorentino bələdiyyəsi, Florensiya Arxiyepiskopluğu, Florensiya Universiteti və Florensiya məscid icması tərəfindən də təsdiqlənib.

Xatırladaq ki, Florensiyanın arxiyepiskopu kardinal Cuzeppe Betori bir müddət əvvəl verdiyi açıqlamasında Florensiya müsəlmanlarının məscidi olmadığı üçün ibadət məqsədi ilə istifadə etdiyi məkanın bir dinin şərəfinə uyğun olmadığını demişdi. O, hər kəsin öz dininin tələblərini yerinə yetirmək üçün uyğun bir məkana malik olmaq hüququnun olduğunu vurğulamışdı.
Deyerler.org
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930