Qüdsdəki Qiyamət kilsəsinin himayədarı ABŞ vitse-prezidenti ilə görüşməkdən imtina etdi
Mьəllif: admin1
Tarix: 15-12-2017, 10:41
Bцlmə: Xəbərlər
Qüdsdəki Qiyamət kilsəsinin himayədarı ABŞ vitse-prezidenti ilə görüşməkdən imtina etdi
Xristian aləminin ən müqəddəs kilsələrindən sayılan Qüdsün Qiyamət kilsəsinin rəhbərliyi ABŞ-ın vitse-prezident Mayk Penslə görüşməkdən imtina edib.

Deyerler.org Palinfo-ya istinadən xəbər verir ki, Qüdsün Qiyamət kilsəsinin açarının sahibi, müsəlman Ədib Cavad Cudəh Əl-Hüseyini dekabrın 13-ü Ankarada keçirilən bir simpoziumda etdiyi çıxışında belə bir açıqlama ilə çıxış edib. “ABŞ-ın vitse-prezident Mayk Pensi Qiyamət kilsəsində qarşılamaqdan imtina etdik və bunu rəsmən ABŞ Dövlət Departamentinə də bildirdik”.

O, Pensin kilsəyə səfəri vaxtı özünün orada olmayacağını da açıqlayıb.

Qüdsdə xristianların müqəddəs saydığı Qiyamət kilsəsinin açarını əsrlərdir əllərində saxlayan iki müsəlman ailədən olan Cudəh Əl-Hüseyini, beynəlxalq cəmiyyətin Fələstin məsələsində sükut etməməsini istəyib: “ABD rəhbərliyinin Qüds qərarı Fələstin xalqını “ildırım kimi vurdu”. Bu təkcə Fələstin xalqına yox, bütün dünyaya təsir etdi. Qüds və xüsusilə İordan çayının qərbindəki son vəziyyət haqqında üçüncü intifadanın başladığını deyə bilərəm. Öz (Trump) mülkü olmayan bir şeyi layiq olmayan birinə necə verə bilər, necə istifadə edə bilər? Fələstin xalqı olaraq, bütün dünyadan hüququmuz haqqında bir işlər görməsini, səsini çıxarmasını istəyirik”.
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930