Netanyahu: “İƏT-in İstanbul bəyannaməsi bizi təsirləndirmədi”
Mьəllif: admin1
Tarix: 14-12-2017, 11:25
Bцlmə: Xəbərlər
Netanyahu: “İƏT-in İstanbul bəyannaməsi bizi təsirləndirmədi”
Qərbi Qüdsdə "Mossad" əməkdaşlarının şərəfinə təşkil edilən tədbirdə İsrailin Baş naziri Benyamin Netanyahu İslam Əməkdaşlıq Təşkilatında Qüds barədə qəbul edilən qərardan sonra, “Bu bəyannamə bizi təsirləndirmədi” , -deyə söyləyib deyib.

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) dekabrın 13-də İstanbulda keçirilən fövqəladə sammitinin yekun bəyannaməsinə və təşkilatın Şərqi Qüdsü Fələstinin paytaxtı kimi tanımasına münasibət bildirən hökumət başçısı qeyd edib ki, bu açıqlamalar onları təsirləndirməyib: "Nəticədə doğru olan qazanacaq. Bir çox ölkə Qüdsü İsrailin paytaxtı olaraq, tanıyıb və səfirliklərini bu şəhərə köçürəcək. Fələstinlilər radikallıq etməkdənsə, bu reallığı qəbul edərək, sülh yolunda fəaliyyət göstərsələr daha yaxşı iş görmüş olarlar”.

Xatırladaq ki, dekabrın 13-də keçirilən sammitin yekun bəyannaməsində Şərqi Qüds Fələstinin işğal altında olan paytaxtı kimi tanınıb.


Mənbə:/eastnews
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930