Ruhanidən İslam Dünyasına Qüdslə bağlı 7 təklif
Mьəllif: admin1
Tarix: 13-12-2017, 21:30
Bцlmə: Xəbərlər
Ruhanidən İslam Dünyasına Qüdslə bağlı 7 təklif
İran İslam Respublikası prezidenti ABŞ-ın Qüds ilə bağlı yanlış və qeyri-qanuni qərarı ilə mübarizə aparmaq üçün İslam Dünyasına 7 təklif irəli sürərək deyib: Amerika sadəcə sionistlərin maraqlarını təmin etməyə çalışır və fələstinlilərin qanuni tələblərinə hörmət etmir.

İslamazeri.com İran mediasına istinadən xəbər verir ki, Həsən Ruhani çərşənbə günü İslam Əməkdaşlıq Təşkilatının fövqəladə İstanbul iclasında, ABŞ-ın Qüdsü sionist rejimin paytaxtı olaraq tanımasının bu iclas vasitəsi ilə tənqid edilməsini özünün ilk təklifi olaraq irəli sürərək deyib: İkinci təklif İslam Dünyasının sionist rejim qarşısında birliyidir və İslam Dünyasının bütün problemləri müzakirə yolu ilə həll ediləsidir.

Ruhani 3-cü təklifində deyib: "ABŞ hökuməti bilməlidir ki, İslam Dünyası Fələstin və Qüds məsələsinə laqeyd deyil və Fəəstinlə bağlı beynəlxalq qərarlara və beynəlxalq ictimaiyyətin rəyinə hörmətsizlik, mənfi siyasi nəticələr ilə yanaşı olacaq. "

"Dördüncü təklifim budur ki, İslam ölkələri ABŞ-ın son hərəkəti ilə müxalifətin edilməsində vahid mövqedən çıxış etsinlər və ABŞ-ın müttəfiqləri xüsusilə Avropa ölkələri ilə müzakirələrdə bu mövqeni gündəmə gətirsinlər və bütün ölkələrin bu qərara sadiq qalmalı olduğunu vurğulasınlar.

Ruhani Fələstin məsələsinin İslam Dünyasının bir nömrəli məsələsi elan edilməsini özünün 5-ci təklifi adlandırıb: "İraq və Suriyada İŞİD-in məğlub edilməsi və digər terrorçu qruplar ilə mübarizənin aparılması sionist rejim və onun dünya təhlükəsizliyi üçün ciddi təhdid sayılan nüvə cəbbəxanaları məsələsinin arxa plana keçməsinə səbəb olmamalıdır."

Ruhani bütün İslam ölkələrinin BMT-dəki nümayəndəliklərinin əməkdaşlıq etmələrini və sionist rejimin rəftarlarının ardıcıl şəkildə diqqət mərkəzində saxlanılmasını altıncı və yeddinci təklifləri olaraq təqdim edib: "BMT xüsusilə Təhlükəsizlik Şurası və BMT-nin Baş Assambleyası hazırkı məqamda ABŞ-ın qərarı ilə müxalifətin edilməsində açar rol oynayır."

İran prezidenti Tehranın Qüdsü himayə etmək üçün bütün islam ölkələri ilə heç bir ön şərt olmadan əməkdaşlığa hazır olduğunu deyərək "Yəhudilərin ən böyük düşməni müsəlmanlar və ərəblər yox, təhlükəli sionizm layihəsidir." -qeyd edib.

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930