"Sünni və şiənin hər ikisi kafirdir" - həbs olunan Tikrit valisi
Mьəllif: admin1
Tarix: 6-07-2014, 14:52
Bцlmə: Xəbərlər
 "Sünni və şiənin hər ikisi kafirdir" - həbs olunan Tikrit valisi

"Sünni və şiə tövbə edib, Əl-Bəğdadi ilə beyət etməzsə, onların hər ikisi kafirdir" - İraqın Tikrit şəhərində Məkişifə vilayətinin təkfirçi valisi təhlükəsizlik qüvvələri tərəfindən həbs olunub.
Tikrit valisi iddia edib: "Biz Bağdad paytaxt olmaqla bir xilafət dövləti yaratmaq istəyirik və bütün bütpərəstlik və şirk mərkəzlərini və məbədləri aradan götürəcəyik."

İraqın təhlükəsizlik qüvvələri ilə yanaşı olan Əl-İraqiyyə kanalının müxbiri bu təkfirçinin sözlərini kəsərək, deyib: "Dediyin məkanlar elə məkanlardırlar ki, onlarda azan səsi eşidilir və namaz qılınır. Amma Məkişifədəki İŞİD-çi vali deyib ki, terrorçuların dağıdacaqları ilk məkan İmam Musa Kazim(ə)-ın ziyarətgahı olacaq, ondan sonra da İmam Əbu Hənifə Əl-Nemanın məqbərəsi dağıdılacaq."

O, Əbu Hənifə Əl-Nemanı İslamda bidət imamı adlandırıb və belə qeyd edib: "Şeyx Məhəmməd Əbdülvəhhabın yolunu getməyəcək hər bir iraqlı kafirdir. Sünni və şiə tövbə edib, Əl-Bəğdadi ilə beyət etməzsə, onların hər ikisi kafirdir. Əks halda, bizim təşkilatımız bütün iraqlıları, o cümlədən sünniləri, şiələri, xristianları, izədiləri, məndailəri, dünyəviçiləri, millətçiləri və hətta bəs-çiləri belə öldürəcək."
nardaranpiri.com
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930