İraqda yeni terror qruplaşması meydana çıxdı
Mьəllif: admin1
Tarix: 13-12-2017, 10:43
Bцlmə: Xəbərlər
İraqda yeni terror qruplaşması meydana çıxdı
“Ağbayraqlılar” İŞİD-in İraqda məğlub olmasından sonra xüsusilə də Kərkükün kürd birləşmələrindən geri alınmasından sonra baş qaldırıblar.

Hazırda Haşdu-Şabi Kərkükün Tuz-Xurmatu rayonu ərazisində fəal olan bu terror birləşməsinə qarşı əməliyyata hazırlaşır.

Qeyri-rəsmi məlumata görə onların əsas canlı qüvvəsini vaxtilə Peşmərgəyə əsir düşmüş İŞİD üzvləri və bir qismini də PKK qüvvələri təşkil edir.

Bu terror qruplaşması son ayda Kərkükün Daquq qəzasında bir neçə dəfə terror aktı törədib. Sonuncuda Daquq qəzasında 4 sürücünü edam edib.

Bu terror qruplaşmasının liderinin kürd əsilli Asi Quvali adlı biri olduğu deyilir. O vaxtilə Peşmərgə sıralarında İŞİD-lə də döyüşüb. Bu terror qruplaşması son aylarda istiqlaliyyət ümidlərini itirmiş Kürdüstan Regional Hökumətinin İraq daxilində təxribat yaradan maşınlarında biri hesab edilir.
(İslaminsesi)
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930