BMT Qüdsə görə təcili toplandı
Mьəllif: admin1
Tarix: 9-12-2017, 10:12
Bцlmə: Xəbərlər
BMT Qüdsə görə təcili toplandı
Birləşmiş Millətlər Təşkilatı Fransa, Boliviya, Misir, Uruquvay, İtaliya, İsveç, Seneqal, İngiltərənin təcili çağırışı ilə Qüds problemini müzakirə etmək üçün toplanıb.

BMT-nin Yaxın Şərqdə üzrə koordinatoru Nikolay Mladenov toplantıda çıxışı zamanı, "İsrail və Fələstin arasında sülh yaradılması üçün təcili məsələyə müdaxilə etmək lazımdır. İki ölkə arasındakı problem sülh yolu ilə həll edilməlidir. Başqa "B" planı yoxdur" , - deyə bildirib.

Fransa, İtaliya, Almaniya, İsveç, İngiltərə səfirləri isə iclasdan sonra verdikləri açıqlamada bildiriblər ki, ABŞ-ın Qüdsü İsrailin paytaxtı kimi tanıması qərarını dəstəkləmirlər və bu qərar BMT-nin prinsipləri ilə uyğun deyil.


Mənbə:/eastnews.org/
Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031