İran parlamenti İslam ölkələrində matəm elan edilməsini istədi
Mьəllif: admin1
Tarix: 7-12-2017, 20:37
Bцlmə: Xəbərlər
İran parlamenti İslam ölkələrində matəm elan edilməsini istədi
İran parlamenti ABŞ prezidenti Trampın Qüdsü İsrail rejiminin paytaxtı kimi tanınmasının Fələstin tarixində daha bir qara gün kimi yazıldığını bildirib.

Deyerler.org İRNA-ya istinadən xəbər verir ki, İran parlamentarilərinin yaydıqları bəyanatda belə qeyd olunub: “Böyük şeytan BMT qərarlarına, beynəlxalq ənənələr, öz öhdəlikləri və insan haqlarına zidd bir qərarla dünyaya heç bir prinsipə sadiq olmadığını sübut etməklə kifayətlənməyib, dünya və bölgənin vəziyyətini başa düşmədiyini də sübut etdi.

Siyasi gələcəyindən narahat olan Tramp prezidentlik kürsüsündə qalmaq üçün məzlum Fələstin xalqını sionistlərə və işğalçılara satdı. Amerika rəhbərliyi bu xəbis və anlaşılmaz hərəkəti ilə müzakirə ümidi və iki dövlət həlli üzrə ümidi olanların ümidlərini sildi.

Sionist rejim ABŞ-ın bu axmaqcasına hərəkəti ilə Qüdsün vəziyyətində dəyişikliyin olmayacağını bilir. Əksinə bu vəziyyət Fələstin milləti və dünyadakı azadlıq tərəfdarları arasındakı birlik və bərabərliyi gücləndirəcək və Fələstinin azad edilməsi üçün səyləri daha da artıracaq".

İran parlamenti hürriyyət tərəfdarı olan bütün millətlərə, ərəb və İslam ölkələrinin parlamentlərinə bütün imkanlarını istifadə edib, ABŞ-ın bu addımını qınamalarını və Fələstinin qanuni hüquqlarını əldə etməsi üçün səy etmələrini istəyib. Bəyanatda, həmçinin İslam ölkələrində bir gün matəm elan edilərək, bayraqların yarıya enməsini təklif edib.
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930