Toksinləri yox edən köməkçi 4 vasitə
Mьəllif: admin1
Tarix: 2-12-2017, 23:56
Toksinləri yox edən köməkçi 4 vasitə
1. Keşniş
Kişniş, ənənəvi qidalara ləzzət qatmaq üçün tez-tez istifadə edilən bir göyərtidir.
Bədəniniz üçün çox böyük faydaları vardır. Kişniş aşağıda qeyd edilən dərdlərə qarşı köməkçi olur:

- Qaraciyərin antioksidant funksiyasını yeniləmək və optimizə etmək,
- Bədəndəki toksinləri və mürəkkəbləri daha sürətli ortadan qaldırmaq,
- Həzmi yaxşılaşdırmaq və zərərli qidaların səbəb olduğu çətinlikləri yüngülləşdirmək,
- Bəzi qidaların içindəki civəni və alüminiumu ortadan qaldırmaq.

2. Sarıkök
Sarıkök qaraciyəri sərbəst radikalların, parazitlərin və toksinlərin səbəb olduğu ziyanlardan qorumağa kömək edir.
Qaraciyər bədənin təmizlənmə müddətinin təməl bir parçası olduğu üçün, davamlı təmizlənməsini təmin etmədiyiniz təqdirdə xəstəliklər baxımından böyük bir risk daşıya bilərsiniz.
Bunu etmənin möcüzə bir yolu, həftədə iki dəfə sarıkök çayı içməkdir.

3. Mixək
Bu quru bitki mətbəxdə məşhurdur və əgər hələ istifadə etmədinizsə, bunu istifadə etmək üçün önəmli səbəblər var.
Mixəyin hüceyrə səviyyəsində antioksidant və detoks quruluşçu xüsusiyyətləri var. Bu hüceyrələrin toksinləri təmizləmə və filtrləmə bacarığını inkişaf etdirir.

4. Darçın
Antioksidantdır. Qanı təmizləyir. Yüksək təzyiqə nəzarət etməyə kömək edir. Hüceyrələri bərpa edir.
Darçın bədəndəki toksinləri xaric etməyə həqiqətən köməkçi olduğu üçün şəkərsiz qəbul etmək lazımdır. Ən yaxşı yol, şəkər qatmadan, hər gün bir fincan darçın çayı içməkdir.

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930