Yüksək əzmkarlıqla sürətli fəaliyyətinizi davam etdirin - FOTO
Mьəllif: admin1
Tarix: 29-11-2017, 19:15
Bцlmə: Xəbərlər
Yüksək əzmkarlıqla sürətli fəaliyyətinizi davam etdirin - FOTO
Ali Rəhbər Ayətullah Xamenei çərşənbə axşamı Hərbi Dəniz Qüvvələrinin komandirləri və zabitləri ilə görüşündə 7 azər tarixinin Hərbi Dəniz Qüvvələrinin qürur və başıucalıq günü, habelə bu qüvvələrin fədakarlıqlarının təntənəli surətdə qeyd edilməsi üçün simvolik bir gün olduğunu dedi: “Hərbi Dəniz Qüvvələrinin 7 azər 1359-cu il tarixində (28 noyabr 1980) İraqın BƏƏS ordusuna qarşı keçirdiyi qəhrəmancasına əməliyyat müharibənin taleyində qalıcı rol oynadı; o qəhrəmanlıq, təşəbbüskarlıq, proqramlaşdırma və addım düşmənin dəniz üzərindəki ağalığını sıfra endirdi”.

Ayətullah Xamenei 7 azər əməliyyatı və onun cəsur şəhidlərinin xatirəsinin əbədiləşdirilməsinin zəruri olduğunu vurğuladı: “Allah yolunda şəhid olmaq zərər deyil, əksinə, qənimətdir, mərhum İmamın dəqiq ifadəsi ilə desək, şəhadəti olan millətin əsarəti olmaz”.

Ali Rəhbər Hərbi Dəniz Qüvvələrinin əhəmiyyətindən danışaraq dedi: “Hərbi Dəniz Qüvvələri müdafiənin ön xəttindədir, Mokran və Oman dənizi kimi mühüm regionlar və azad sularda özünəməxsus mövcudluğu var. Azad sulardakı fəaliyyətləri keçmişdə olduğu kimi davam etdirmək lazımdır”.

O, Hərbi Dəniz Qüvvələrinin döyüş bacarıqları və təchizatları sahəsindəki imkanlarının yaxşılaşdırılması və çatışmazlıqların aradan qaldırılması istiqamətində dövlətin müxtəlif strukturlarının imkanlarından istifadə edilməsinin zəruriliyini vurğuladı: “Hərbi Dəniz Qüvvələrində yaxşı inkişaf və hərəkətlilik başlayıb. Bu gün Hərbi Dəniz Qüvvələri 20 il əvvəlkindən çox inkişaf edib, daha qüdrətli olub. Ancaq inkişafın bu səviyyəsi qənaətbəxş deyil, bütün sahələrdə sürətli fəaliyyət qətiyyət və ruh yüksəkliyi, əzmkarlıq, təşəbbüskarlıq və fəallıqla davam etdirilməlidir”.

Yüksək əzmkarlıqla sürətli fəaliyyətinizi davam etdirin - FOTO
Yüksək əzmkarlıqla sürətli fəaliyyətinizi davam etdirin - FOTO
Yüksək əzmkarlıqla sürətli fəaliyyətinizi davam etdirin - FOTO


Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930