Gürcüstanda məhv edilən terrorçu ilə bağlı növbəti fakt ortaya çıxdı
Mьəllif: admin1
Tarix: 27-11-2017, 21:46
Bцlmə: Xəbərlər
Gürcüstanda məhv edilən terrorçu ilə bağlı növbəti fakt ortaya çıxdı
Gürcüstanın güc strukturları İstanbul aeroportunda terror aktı törətmiş şəxsi məhv ediblər.
Oxu.Az “Report”un Gürcüstan bürosuna istinadla xəbər verir ki, bunu jurnalistlərə Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) rəhbəri Vaxtanq Qomelauri bildirib.
DTX rəisi deyib ki, Tbilisidə noyabrın 22-də keçirilmiş antiterror əməliyyatları zamanı məhv edilən terrorçulardan biri böyük ehtimalla ötən ilin iyununda İstanbulda dəhşətli terror aktı törətmiş Axmed Çatayevdir (təkəlli Əhməd).
Qomelauri bununla belə, daha dəqiq məlumatın ekspertiza başa çatdıqdan sonra əldə olunacağını bildirib.
Tbilisidə keçirilmiş antiterror əməliyyatı zamanı 1 terrorçu ələ keçirilib, 3-ü məhv edilib.
Əməliyyat zamanı 1 xüsusi təyinatlı həlak olub, 4-ü yaralanıb.


Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930