Ərdoğan: Qərb İslam dünyasını parçalamaq istəyir! Ən qorxulusu da...
Mьəllif: admin1
Tarix: 22-11-2017, 20:15
Bцlmə: Xəbərlər
Ərdoğan: Qərb İslam dünyasını parçalamaq istəyir! Ən qorxulusu da...
İslamazeri.com-un rus mediasına istinadən verdiyi xəbərə əsasən, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qərbi tənqib atəşinə tutub.

İslam Əməkdaşlığı Təşkilatının (İƏT) İstanbulda keçirilən iqtisadiyyat və ticarət üzrə iclasında çıxış edən Türkiyə lideri Qərb ölkələrini İslam dünyasını parçalamaq cəhdlərində ittiham edib.

“İslam dünyasının, müsəlmanların parçalanması, onların dəyərlərinin məhv edilməsi və ən qorxulusu da, onların gələcəyinin yox edilməsi ssenarisi həyata keçirilir... Qərb bütün cinayətkar və banditləri İslam ölkələrinə göndərib. Qərb bu yolla öz gələciyini təmin etməyə çalışır.”, - deyə Ərdoğan qeyd edib.

Bundan başqa, o bildirib ki, Qərb ölkələri Suriyadakı müharibə və ümumilikdə də Yaxın Şərq böhranı sayəsində “varlanmağa” çalışır.

“İslam dünyasına silah satışına dair çoxmilyardlıq müqavilələrdən həqiqi xeyri kimlər qazanır? Müsəlmanlar arasındakı düşmənçilik kimlərin xeyrinədir? Regionda sərhədlərin yenidən bölüşdürülməsi kimlərə sərf edir? Bu sualların cavabı regiondakı yeni təhdidlərlə mübarizədə yeni baxış bucağı qurmağa imkan verir.”, - deyə o bəyan edib.
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930