Pravoslavların lideri: Dünyanın sonu yaxınlaşmaqdadır! Ehtiras vaxtı deyil!
Mьəllif: admin1
Tarix: 21-11-2017, 10:28
Bцlmə: Xəbərlər
Pravoslavların lideri: Dünyanın sonu yaxınlaşmaqdadır! Ehtiras vaxtı deyil!
İslamazeri.com-un rus mediasına istinadən verdiyi xəbərə əsasən, Moskva və bütün rus dünyasının patriarxı Kiril "Xilaskar Məsih" hərəmində keçirilmiş ən əsas ibadət - liturgiya zamanı dünyanın sonunun yaxınlaşdığını elan edib.

“Bunu artıq adi gözlə də görmək olar. Tarixin qorxunc anlarının yaxınlaşmasını görməmək üçün gərək kor olasan. Bu haqda hətta apostol və yevangelist İoann Ruhani də öz dini xəbərlərində danışıb. Bu gün insanlığın həvəslərini üstün tutmağın vaxtı deyil. Kilsə də, incəsənət də, mədəniyyət də, bizim yazıçılarımız da, alimlərimiz də, bir sözlə vətənimizi sevən hər kəs bu gün bir olmalıdır. Çünki biz bəşəriyyətin tarixinin ən ağır mərhələsinə qədəm qoyuruq.”, - deyə o qeyd edib.

Maraqlıdır ki, onun sözlərinə görə, dünyanın axrının baş verib-verməməsi insanların özlərindən asılıdır. Elə buna görə də Rusiya Pravoslav Kilsəsinin (RPK) başçısı hər bir rusiyalını “Rusiya və bütöv insan nəsli məsələsindəki məsuliyyətini dərk etməyə və tarixin sonuna doğru olan sürüklənməni dayandırmağa” səsləyib.
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031