ABŞ Gürcüstana 75 milyonluq silah satacaq
Mьəllif: admin1
Tarix: 21-11-2017, 10:27
Bцlmə: Xəbərlər
ABŞ Gürcüstana 75 milyonluq silah satacaq
Bu barədə Pentaqonun nəzdindəki hərbi əməkdaşlıq Agentliyinin saytında bildirilir.

Məlumata əsasən, ABŞ Dövlət Departamenti Gürcüstana "Javelin” daşınabilən tank əleyhinə raket komplekslərinin satışına razılıq verib.

Tədarük üzrə yekun qərar ABŞ Konqresi tərəfindən veriləcək. Müvafiq sənəd noyabrın 17-də Konqresə göndərilib.

Müqavilə Gürcüstana 410 ədəd raket kompleksinin tədarükü, həmçinin çatdırılma, təlim və digər xidmətlərin göstərilməsini nəzərdə tutur. Rəsmi Vaşinqton sazişin regionda hərbi balansı dəyişməyəcəyini vurğulayıb.


Mənbə: APA
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930