Amerikada Qurani-Kərim paylamaqla İslamın təbliği həyata keçirilir
Mьəllif: admin1
Tarix: 20-11-2017, 19:34
Bцlmə: Xəbərlər
Amerikada Qurani-Kərim paylamaqla İslamın təbliği həyata keçirilir
Amerikanın Nyu-Mexiko ştatının Las Kruses şəhərindəki müsəlman cəmiyyəti “İslamın təbliği” proqramına start verərək, insanlar arasında pulsuz Qurani-Kərim kitabı paylayıblar.

Deyerler.org Vaşinqton Posta istinadən xəbər verir ki, proqramın təşkilatçıları bununla İslamla bağlı səhv fikirləri zərərsizləşdirmək və həqiqi İslamı insanlara tanıtmağa çalışacaqlarını deyib.

Layihənin məsulu vəkil və müsəlman fəal Sürəyya Hüseynin dediyinə görə, İslamın təbliği adlı stend Las Kruses şəhər məscidi və İslam mərkəzində müntəzəm olaraq qurulmuşdur və insanlar sərbəst şəkildə müsəlmanlardan İslam ilə bağlı suallar soruşa bilirlər.

Sürəyya Hüseyn ABŞ-a müsəlmanların girişinin qadağan edilməsi başda olmaqla, Donald Trampın siyasətləri nəticəsində islamofobiyanın artması səbəbilə “İslamın təbliği” proqramını başlatdıqlarını söyləyib. Hüseyn və təşkilat üzvləri Las Kruses məscidinin dəvəti ilə şənbə günləri bazara gedərək, pulsuz Qurani-Kərim nüsxələri və dini inanclarla bağlı broşürlər hazırlayaraq insanlar arasında paylayırlar.

Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031