Ayətullah Xamenei İranın qərb regionunda baş vermiş zəlzələ ilə əlaqədar müraciət edib
Mьəllif: admin1
Tarix: 13-11-2017, 10:11
Bцlmə: Xəbərlər
Ayətullah Xamenei İranın qərb regionunda baş vermiş zəlzələ ilə əlaqədar müraciət edib
Ali Rəhbər Ayətullah Seyid Əli Xamenei ölkənin qərb regionunda baş vermiş zəlzələ ilə əlaqədar olaraq, təbii fəlakət nəticəsində xəsarət almış insanlara, vəfat edənlərin yaxınlarına başsağlığı müraciəti ünvanlayıb, Uca Yaradandan onlara səbir və əcr diləyib.

Maide.Az “leader.ir” saytına istinadən xəbər veri rki, Ayətullah Xamenei öz müraciətində ölkənin bütün qurumlarını tam qüvvələri ilə zəlzələ baş vermiş bölgədə xəsarət almış insanlara təcili yardımlar üçün səfərbər olmağı göstəriş verib.

Müraciətin tam mətni:

Mərhəmətli və Bağışlayan Allahın adı ilə!

Ölkənin Qərb bölgəsində təbii fəlakətin baş verdiyi, insan tələfatının və xəsarət alanların olduğu haqda xəbəri böyük təəssüf və kədərlə qarşıladım. Məsul şəxslərin borcudur ki, ilk saatlardan bütün güc və qüvələri ilə xilasetmə tədbirlərinin həyata keçirilməsi, ziyan çəkmiş insanlara lazımi dəstək və qayğının göstərilməsi xüsusi ilə dağıntılar altında qalmış insanların xilasetmə işlərini sürətləndirmək məqsədilə bütün mövcud potensialdan istifadə edərək itgilərin çoxalmasının qarşısını alsın.

Silahlı Qüvvələr,Sepah və Bəsic könüllülər briqadaları nizam-ntizam və sürətlə xilasetmə işlərində və yaralıların daşınmasında yardım etsinlər. Hərbi və mülkü dövlət qurumları ziyan çəkmiş insanlara lazimi dəstək və yardım üçün bütün qüvvələrini səfərbər etsin.

Mən çox dərin hüznlə bu acı və ağır hadisəni İran xalqına xüsusi ilə Kirmanşah əyaləti xalqına və həlak olmuş insanların ailələrinə başsağlığı verirəm. Tanrıdan zəlzələ nəticəsində dünyasını dəyişmiş insanların ruhuna rəhmət, yaralılara şəfa, ölənlərin yaxınlarına səbir və əcr diləyirəm.

Bu müsibətli hadisənin yükünün və dəymiş ziyanın təsir gücünün azalmasına yardım edə biləcək hər bir şəxsdən istəyirəm ki, zərərçəkmişlərə yardım etsin.

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930