Zəvvarlara hücum hazırlayan terrorçu qruplar yaxalanıb
Mьəllif: admin1
Tarix: 12-11-2017, 19:57
Bцlmə: Xəbərlər
Zəvvarlara hücum hazırlayan terrorçu qruplar yaxalanıb
Bağdad əməliyyat komandiri general-mayor Cəlil Rəbii Bağdadda keçirdiyi mətbuat konfransında bildirib: “Lazımi tədriblərin hazırlanması və həyata keçirilməsi sayəsində Ərbəin ziyarətinin xüsusi təhlükəsizlik layihəsi müvəffəqiyyətlə həyata keçirildi”.

Əməliyyat komandiri vurğulayıb: “Bu layihənin icrasında bir sıra amillərin, o cümlədən vətəndaşların da köməyi olmuşdur”.

Cəlil Rəbii Əl-Kəradə məntəqəsində zəvvarlara qarşı hücum hazırlayan terrorçu qrupun yaxalanmasını xəbər verərək deyib: “Bu terrorçu qrup Əl-Kəradəyə Mosuldan gəlmişdilər”.

O, həmçinin Əl-Rəşidiyyə məntəqəsində zəvvarlara hücum etməyi planlaşdıran 18 nəfər terroruçunun saxlanılmsını da xəbər verib.

Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031