Həsən Ruhanidən Səudiyyə Ərəbistanına qarşı sərt çıxış - ƏTRAFLI
Mьəllif: admin1
Tarix: 9-11-2017, 20:56
Bцlmə: Xəbərlər
Həsən Ruhanidən Səudiyyə Ərəbistanına qarşı sərt çıxış - ƏTRAFLI
İslamazeri.com İran mediasına istinadən xəbər verir ki, Nazirlər Kabinetinin iclasında danışan İran Prezidenti Həsən Ruhani regiondakı ölkələrin birlik ilə bərabərlik içində yaşamaları lazım olduğunu vurğulayaraq, "ABŞ ilə Sionist rejim regionun nefti ilə sərvətini talayıb qarşılığında silah satışı etmək üçün uzun illərdən bəri bölgəyə hakim olmaq üçün bəhanə axtarırlar. Xüsusilə də ABŞ-ın son hökuməti Səudiyyə Ərəbistanına eyni rəftarı edir" deyib.

Səudiyyə Ərəbistanı rejiminin bölgədəki millətlərə qarşı yönəltdiyi düşmənçiliyinin faydasız olduğunu bildirən Ruhani İranın regiondakı ölkələrə xeyirxahlıqdan başqa bir şey vermədiyini bildirərək, belə deyib: "İran ilə Səudiyyə Ərəbistanı xalqları arasında tarix boyu dostluq və qardaşlıq münasibətləri mövcud idi. Bəs İran xalqı ilə düşmənçiliyə başlayan Ərəbistan Yəmən xalqına nə üçün hücum etməyə çalışır? Suriya və İraq xalqına nə üçün əsəbiləşib İŞİD-i yaradır? Livanın daxili işlərinə niyə qarışır? Başqa bir ölkənin başçısını öz ölkəsinə çağırıb istefa verməyə məcbur etmək kimi bir təşəbbüsə tarixdə daha əvvəl heç rast gəlinməyib."

İran Prezidenti çıxışını belə davam etdirib: Siz, İranın regiondakı gücü ilə mövqeyini çox yaxşı bilirsiniz; Sizdən daha böyükləri də İran xalqına qarşı bir şey edə bilmədi. ABŞ ilə müttəfiqləri bütün imkanlarından istifadə etmələrinə baxmayaraq yenə bacarmadılar. Halbuki İran olaraq regionda sabitlik ilə əmin-amanlığın yerləşib möhkəmlənməsini istəyirik. Regiondakı coğrafi sərhədlərin dəyişməməsi ilə birlikdə millətlərin öz müqəddəratını təyin etməsini istəyirik. Beləliklə, bölgə xalqını hədəf alan işğalçılıq ilə bombardmanın sona çatmasının arxasıncayıq.
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031