Bu könüllü qrup Ərbəində hər günə 360 min nəfərə ehsan yeməyi verir
Mьəllif: admin1
Tarix: 7-11-2017, 21:00
Bцlmə: Xəbərlər
Bu könüllü qrup Ərbəində hər günə 360 min nəfərə ehsan yeməyi verir
İmam Hüseynin Ərbəin mərasimi günləri çatanda bu qrup 280 nəfərlik heyəti ilə birgə İraqa yola düşür. Çoxları onların adını da eşitməyib.
İslaminSesi.info xəbər verir ki, Ərbəin mərasimi günlərində Kərbəla şəhərinə üz tutan insanların sayı 15 milyonu keçir. İraq rəsmilərinin son statistikasına görə Ərbəin günlərində təkcə Nəcəfdən Kərbəlaya daxil olanlar 11 milyon zəvvarı keçir. Elə isə bu qədər insan haradan qidalanır?

Kərbəlada Ərbəin mərasiminin görüntülərindəki ehsan süfrələri, şərti olaraq deyilən 15 milyon zəvvara verilən ehsanların yalnız bir qismidir.

İranın Yəzd şəhərinin Əli ibni Musa Rza (ə) adlı könüllülərdən ibarət əzadarlıq qrupu bu müqəddəs işdə ən öncüllərdəndirlər. Onlar artıq 10 ildir ki Kərbəla yolunda müxtəlif məkanlarda çadırlar quraraq, zəvvarlara həm qidalandırma, həm mədəni-dini maarifləndirmə həm də səhiyyə məsələsində yardımlar göstərirlər. Onların əsas çadırları Kərbəla, Samirra, Kazimeyn və Nəcəf şəhərləri ərazisindədir.

Yəzd şəhərinin Əli ibni Musa Rza (ə) adlı könüllülərdən ibarət əzadarlıq qrupunun məsul şəxsi Behiştinin sözlərinə görə bu il Ərbəində nəzərdə tutulan ehsan 5 milyard tümən ianə ilə baş tutub.

O bildirir ki, hər yemək zamanı 120 min nəfərə yemək verilir ki bu da 3 dəfə baş tutmaqla günə 360 min yemək edir. Bu yeməklərin bir qismi birbaşa qrup tərəfindən ya da vasitə ilə digər qruplar tərəfindən paylanılır.

Qrupda Kərbəla yolunda 40-dan çox həkim faliyyət göstərir ki bu il təkcə dərmanlar üçün nəzərdə tutulan ianələrin miqdarı 200 milyon (təxminən 50 min dollar) tüməndir.

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930