Namazı səhih qılmağı öyrədən ilk mobil proqram
Mьəllif: admin1
Tarix: 7-11-2017, 11:27
Bцlmə: Xəbərlər
Namazı səhih qılmağı öyrədən ilk mobil proqram
İslam dünyasında ilk dəfə Həzrət İmam Hüseynin (ə) ziyarətgahının nəzdində fəaliyyət göstərən "Darul-Quran" idarəsi namazın qiraətini səhih oxumağı öyrədən proqram istehsal edib.

Maide.Az xəbər verir ki, Proqramda Namazın sözlərinin və zikrlərinin düzgün qiraətindən əlavə Quran- Kərimin adətən namazda "Fatihə" surəsindən sonra oxunan beş kiçik surəsinin də (İxlas, Kövsər, Nəsr, Qədr və Əsr surələrinin də) düzgün qiraəti öyrədilir.

Bu proqramda əvvəlcə namazın qiraətində geniş şəkildə yol verilən səhvlər göstərilir və daha sonra onları təshih etmək və düzəltmək qaydaları öyrədilir.

Proqramı hazırlayan proqramçı Mustafa Tayi bu proqramın İslam dünyasında misilsiz olduğunu vurğulayaraq deyib ki, proqram istifadəçinin səsini və qiraətini eşidir, təkrar edir, səhvini göstərir və səhvini necə düzəldəcəyini də öyrədir.

Bu proqramı Android platforması üçün "Google play"dan endirə bilərsiniz və proqramın İOS platforması üçün nüsxəsi də tezliklə istifadəçilərin ixtiyarına veriləcək.
(iqna.ir)
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930