Əfqanıstanda bir sutkada 54 terrorçu məhv edilib
Mьəllif: admin1
Tarix: 5-11-2017, 10:08
Bцlmə: Xəbərlər
Əfqanıstanda bir sutkada 54 terrorçu məhv edilib
Ötən sutkada Əfqanıstan təhlükəsizlik qüvvələrilə toqquşmada 54 silahlı öldürülüb.

İslamazeri.com "Pajhwok"-a istinadla xəbər verir ki, bu barədə Əfqanıstan Müdafiə Nazirliyinin açıqlamasında deyilir. Nazirliyin açıqlamasına görə, əməliyyatlar Nəngərhar, Qəzni, Paktia, Qəndəhar, Zabul, Fərah, Bəlx, Cövzan, Fəryab, Gündüz, Bəqlan, Hilmənd əyalətlərində baş tutub. Atışmalarda 25 terrorçu yaralanıb, iki terrorçu isə sağ ələ keçirilib. Əməliyyat müddətində Əfqanıstan hava qüvvələri 68 uçuş həyata keçirərək 16 müxtəlif bölgədə terrorçuların hədəflərinə hava zərbələri endirib.

Nazirlik ordunun itkiləri barədə açıqlama verməyib.

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930