Dünyanın ən uzun əza bayrağı İmam Hüseynin (ə) hərəmində
Mьəllif: admin1
Tarix: 1-11-2017, 14:43
Bцlmə: Xəbərlər
Dünyanın ən uzun əza bayrağı İmam Hüseynin (ə) hərəmində
Ərbəin gününə sayılı günlər qalmış üzərində “الحسین یوحدنا” (Hüseyn bizi birləşdirir) yazılı 4000 metrlik bayraq artıq İmam Hüseyn (ə) hərəmindədir.

Maide.Az İranın “Mehr” xəbər agentliyinə istinadən xəbər verir ki, “Qəm-kədər bayrağı” adlanan bu 4000 metrlik bayrağın daşınmasında İraqın Diyale vilayətinin müxtəlif tayfalarına və qəbilələrinə mənsub olan sünni, siə, xristian, ərəb, kürd, türkmən və habelə dini mütəfəkkirlər, ziyalılar, qəbilə başçıları, təhlükəsizlik qüvvələri və xalq könüllüləri iştirak edib. Onlar bununla öz vəhdətlərini nümayiş etdirirlər.

Məlumatda bildirilir ki, bu bayraq İraq xalqının daha çox və dərin bir-birinə bağlanmasına və həmrəyliyinə, eləcədə düşmənçilik və məzhəb bölgüsünün aradan qaldırılmasının nişanəsidir.

Bayraqla yanaşı İraqın terrorçulardan təmizlənməsi zamanı şəhid olmuş Diyale əyalətinin şəhidlərinin şəkilləri də daşınıb.

Qeyd edək ki, artıq 5 ildir ki, İraqın Diyale əyalətinin əhalisi bu bayrağı öz əyalətlərindən İmam Hüseynin (ə) hərəminə kimi dayışırlar. Bu bayraq dünyada İmam Hüseynin (ə) əzadarlığı üçün daşınan ən uzun bayraq adlandırılıb.

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930