Ruhanidən sərt açıqlama: Göz qırpmadan bu addımı atarıq!
Mьəllif: admin1
Tarix: 29-10-2017, 20:50
Bцlmə: Xəbərlər
Ruhanidən sərt açıqlama: Göz qırpmadan bu addımı atarıq!
İslamazeri.com-un "Mehr" agentliyinə istinadən verdiyi xəbərə əsasən, İran Prezidenti Həsən Ruhani bildirib ki, rəsmi Tehran raket proqramını inkişaf etdirməyə davam edəcək, çünki məlum proqram, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnaməsini pozmur.

"Siz bunu unutmamalısınız ki, biz raketləri düzəltmişik, düzəldirik və düzəltməyə də davam edəcəyik. Bu, hər hansısa beynəlxalq qaydaları pozmur və 2231 nömrəli qətnamə ilə ziddiyət təşkil etmir.", - deyə Ruhani ölkə parlamentindəki çıxışı zamanı bəyan edib.

"Biz, ərazi bütövlüyümüzü qorumaq üçün bizə lazım olan istənilən silahı istehsal edəcəyik və onu da mühafizə edəcəyik. Məsələ özünümüdafiəyə gəldikdə isə tərəddüd etmədən ondan istifadə edəcəyik.", - deyə o əlavə edib.

Ruhani həmçinin qeyd edib ki, "(indiki) ABŞ hakimiyyəti beynəlxalq sazişlərə sədaqət məsələsində əvvəlki administrasiyaya xəyanət edir". Rəsmi Vaşinqton dünyaya göstərir ki, danışıqlar və razılıqlara hörmət etmir və əxlaqi və beynəlxalq prinsiplərə əməl etmir, buna görə də bu dövlət etibarı ediləsi dövlət deyil.
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930