Qazaxıstan Prezidentindən milli dil ilə bağlı mühüm qərar
Mьəllif: admin1
Tarix: 27-10-2017, 09:58
Bцlmə: Xəbərlər
Qazaxıstan Prezidentindən milli dil ilə bağlı mühüm qərar
İslamazeri.com-un "Sputnik"-ə istinadən verdiyi xəbərə əsasən, Qazaxıstan Prezidenti Nursultan Nazarbayev latın yazısı üzərində qurulmuş yeni qazax əlifbası layihəsini təsdiqləyib.

Onun sözlərinə görə, ona təklif edilmiş son variant geniş müzakirə edilib və sonda da ictimaiyyətin dəstəyini qazana bilib.

"Komissiya öz işini yekunlaşdırıb. Son variant dərc edilib. Alimlər, dilşünaslar, siyasətçilər, gənclər, Qazaxıstan Xalq Assambleyasının nümayəndələri arasında konsensus (ümumi rəy - red.) var.", - deyə Nazarbayev bildirib.

O, yeni əlifbaya tədrici keçidin mühümlüyünü də qeyd edib.

Xatırladaq ki, latın yazısı əsasındakı yeni qazax əlifbasında cəmi 32 işarə var; onlardan 4-ü apostrofla yazılır. Əvvəlki - kiril yazılı əlifbada isə 42 hərf vardı.
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930