Övladlarımızı Aşura hadisəsi ilə belə tanış edək
Mьəllif: admin1
Tarix: 10-08-2022, 20:44
Övladlarımızı Aşura hadisəsi ilə belə tanış edək
Uşaqlarımızı gərək kiçik yaşlarından dini hadisələr ilə tanış edək və onların mənəvi ruhiyyəsini inkişaf etdirək. Ən mühüm dini hadisələrdən biri də Aşura hadisəsidir.

Hər bir Əhli-Beyt (ə) davamçısı istəyir ki, övladı İmam Hüseyn (ə) məktəbinin həqiqi aşiqi kimi böyüsün və Həzrətin (ə) yolunu davam etdirsin. Ona görə də valideyn gərək bu yolda övladını addım-addım həmin hadisə ilə tanış etsin. Hər bir uşağın yaşını nəzərə alaraq, ona Aşura hadisəsinin əhvalatlarını danışıb, düşmənləri ilə tanış etmək lazımdır.

O zaman ki, siz qara paltar geyinirsiniz, uşaq sizdən bunun səbəbini soruşar. Əza məclislərində insanların sinə vurduğunu və ağladığını görər, bu haqda soruşar.

Bu valideynin vəzifəsidir ki, həmin suallara uşaqların yaşından asılı olaraq, məntiqli və ətraflı cavablar versin. Uşağınıza da qara köynək geyindirin və qoyun o da özünü Aşuralı hiss etsin.

Azyaşlı uşaqlara bu hadisə ilə bağlı çox təfsilatlı məlumat vermək məsləhət görülmür. Yaxşı olar ki, onlara bu haqda uyğun nağıllar qurub danışasınız.

Uşağın Kərbəla hadisəsini yaxşı dərk etməsi üçün onu özünüzlə əza məclislərinə aparın. Ancaq çalışın ki. övladınız orada çox yorulmasın və darıxmasın.

Çalışın bu məclislərdə o zamana qədər iştirak edəsiniz ki, övladınızın orada olmaq üçün meyli və həvəsi olar. Həmçinin övladınızın ac olması onun həmin məclislərdə taqətsizlik etməsinə səbəb olar. Ona görə də onlar üçün yemək götürün və qoymayın ki, ac olsun.

Övladınız bir qədər böyüyəndən sonra onları Aşura hadisəsi ilə bağlı tərtib edilən şəbihlərə apara bilərsiniz ki, onu Kərbəla hadisəsi ilə daha yaxından tanış etsin.

Beləliklə deyə bilərik ki, hər bir Əhli-Beyt (ə) davamçısı olan valideyn gərək övladına hələ kiçik yaşlarından İmam Hüseynin (ə) eşqini aşılasın və İmamın (ə) həqiqi davamçısı kimi böyüməsi üçün şərait yaratsın.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031