Çin polisi müsəlmanlardan Quran nüsxələrini təhvil verməsini tələb edib
Mьəllif: admin1
Tarix: 28-09-2017, 16:33
Bцlmə: Xəbərlər
Çin polisi müsəlmanlardan Quran nüsxələrini təhvil verməsini tələb edib
Çin polisi Sinyan əyalətinin müsəlmanlarından tələb edib ki, bütün dini əşyalarını, o cümlədən səccadə, canamaz və Quran nüsxələrini polis məmurlarına təhvil versin.

Maide.Az "İqna"-a istinadən xəbər verir ki, Sinyan əyalətinin dövlət rəsmiləri xəbərdarlıq edib ki, bu göstərişə əməl etməyən və Quran nüsxələrini təhvil verməyən uyğur, qazax və qırğız müsəlman azlıqlar sərt şəkildə cəzalanacaqlar.

Polisin bu bəyanatının ardından polis məmurları şəhər və kəndlərdə Quran nüsxələri, canamaz və səccadələri əhalidən toplamağa başlayıb.

Dünya Uyğur Konqresinin sözçüsü Dilkasat Raksit bu xəbəri elan edərək deyib: Çin polisi bizə bəyaniyyə göndərib ki, müsəlmanlar evlərində saxladıqları dini əşyaları, o cümlədən Quran nüsxələri, canamazlar və İslami simvol olan hər bir şeyi könüllü şəkildə polisə təhvil versinlər, əks halda dini əşyaları saxlayanları sərt cəzalar gözləyir.
Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031