Rusiya: “Suriya torpaqlarının 87.4%-i İŞİD-dən təmizləndi”
Mьəllif: admin1
Tarix: 23-09-2017, 10:40
Bцlmə: Xəbərlər
Rusiya: “Suriya torpaqlarının 87.4%-i İŞİD-dən təmizləndi”
Rusiya Müdafiə Nazirliyi Suriya torpaqlarının 87%-dən çoxunun İŞİD yaraqlılarından azad edildiyini bildirib.

Deyerler.org RT-yə istinadən xəbər verir ki, Suriyadakı İŞİD yaraqlılarının tərkibilə bağlı bir infoqrafika hazırlayan Müdafiə Nazirliyi, Rusiya Hava-Kosmik Qüvvələrinin dəstəyini alan Suriya ordusunun ölkə torpaqlarının 87.4%-ni İŞİD-dən azad etdiyini vurğulayıb.

Krasnaya Zvezda qəzetində dərc olunan infoqrafikaya əsasən, Suriya hökumətinin tələbi və Rusiya prezidenti Vladimir Putinin sərəncamı ilə bu ölkədə əməliyyatlara başlayan Rusiya qüvvələrinin təşkil etdiyi 30000-dən artıq döyüş uçuşu nəticəsində 96000 hədəf vurulub, 8332 komandanlıq mərkəzi, təxminən 1000 təlim düşərgəsi və 6769 neft və sursat anbarı məhv edilib.

İnfoqrafikada 53700-dən yaraqlının da öldürüldüyü vurğulanıb.

Rusiyanın Hava-Kosmik Qüvvələri İŞİD-in əlinə keçən 212 neft ərazisini və 184 neft kompleksi ilə emalı zavodunu da məhv edib.
Rusiyanın istehkam qoşunları Suriya ərazilərinin 5300 hektarlıq hissəsində İŞİD tərəfindən yerləşdirilən təxminən 55000 partlayıcını zərərsizləşdiriblər.
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930