Ayətullah Şəhid Behişti və 72 şəhidin ildönümü
Mьəllif: admin1
Tarix: 28-06-2020, 23:38
Ayətullah Şəhid Behişti və 72 şəhidin ildönümü
İranın keçmiş məhkəmə hakimiyyətinin sədri Ayətullah Şəhid Məhəmməd Hüseyni Beheştinin şəhadətinin ildönümü günüdür.

1981-ci il iyun ayında Tehranda İslam Respublikası partiyasının ofisində güclü bir bombanın partlayışı nəticəsində Ayətullah Beheşti və İranın 72 nəfər digər siyasi və dini şəxsiyətləri şəhid edildilər.

Bu əməliyyat terrorçu Münafiqlər qruplaşmasının tərəfindən törədilmişdir. Həmin cinayət İslam İnqilabının ilkin illərində Ali Rəhbər Həzrət Ayətullah-ül-üzma Xamenenin həyatına qarşı sui-qəsddən yalnız bir gün sonra həyata keşirilidi.

7 tir cinayəti nəticəsində Şəhid Ayətullah Beheştidən əlavə, 72 yüksək vəzifəli rəsmi, o cümlədən 4 nazir, neçə nazir müavini, 27 millət vəkili və İslam Respublikası partiyasının üzvlərindən neçə nəfəri şəhid oldu.

İslam İnqilabı Banisi İmam Xomeyni (r.ə) Həzrətləri həmin münasibətlə müraciətində buyurmuşlar: Behişti Məzlum yaşadı, məzlum öldü və o İslam düşmənlərinin gözündə bir tikan idi.
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031