Trampın dünənki çıxışı gülünc əsassız ittihamlarla dolmuş kobud, boş və mənfur ritorika idi - Həsən Ruhani
Mьəllif: admin1
Tarix: 21-09-2017, 13:10
Bцlmə: Xəbərlər
Trampın dünənki çıxışı gülünc əsassız ittihamlarla dolmuş kobud, boş və mənfur ritorika idi - Həsən Ruhani
Dünən İran İslam Respublikasının prezidenti Həsən Ruhani Nyu-Yorkda keçirilən BMT Baş Assambleyasının 72-ci sessiyasında çıxış edib. İslaminSesi İRNA-ya istinadla Həsən Ruhaninin çıxışının dünya birliyinə olan əsas mesajlarını təqdim edir.

Bağışlayan və Mehriban Allahın adı ilə

Dörd ay öncə əvvəl İranda səsvermə hüququna malik bütün seçicilərin 73% -ni təşkil edən 41 milyondan çox nəfər ölkədəki 12-ci prezident seçkilərində seçki məntəqələrinə gəlmiş və mənim mülayimlik, insan hüquqlarına hörmət, ölkəmizdə çiçəklənmə və iqtisadi canlanma və bütün dünyada konstruktiv iştirakı nəzərdə tutan platformama bir daha əmin olduqlarını bildirmişlər. Onların səsi cəmi 4 on illik ərzində azad və demokratik idarəçiliyə şahid olan cəmiyyətdə elektoratın kamilliyindən xəbər verir. Bu nəinki prezident səsverməsi deyil, əhalimiz tərəfindən həqiqətən də ən etibarlı aktivimizi təşkil edən böyük siyasi investisiyalar idi.

Nüvə danışıqlarının beynəlxalq səviyyədə birinci müddəti zamanı mənim hökumətim vətəndaş hüquqlarının müzakirəsi və formalaşdırılması məsələsinə kökləndi ki, "Vətəndaşların hüquqları nizamnaməsinin" yayımlanması və onun həyata keçirilməsinə səbəb oldu. Əsasnamənin qəbul edilməsi 39 il əvvəl İslam inqilabı və 111 il öncə Konstitusiya inqilabı övründə insanların il öncə öz haqq və insan ləyaqətini bərpa etməyə çalışaraq diktator rejimlərə qarşı mübarizə aparıb tələblərinə uyğun idi.

Mən bu ümumdünya qlobal Assambleyanın qarşısında elan edirəm ki, mötədillik böyük iran xalqının meyli və seçdiyi yoldur. Mötədillik nə təcridi, nə də hegemonluğu tələb etmir. O nə laqeydlik, nə də barışmazlığı nəzərdə tutmur.

Mötədillik yolu - sülh yoludur, bu, ədalətli və hərtərəfli sülhdür: hansısa bir millətin üçün sülh, başqaları üçün iğtişaşlar və müharibə deyil.

Mötədillik - azadlıq və demokratiyadır, lakin o, əhatəli şəkildə, bir yerdə azadlığın təşviqini, başqa yerlərdə diktatorların dəstəklənməsini nəzərdə tutmur.

Mötədillik - qılıncların rəqsi deyil, ideyaların sinerjisidir.

Biz İranda xalqlar üçünsülh yaratmağa və insan hüquqlarının təşviqinə çalışırıq. Biz heç vaxt zülmə imkan verməmişik, susanları həmişə müdafiə edirik. Biz heç kimi hədələmirik, lakin təhdidləri də dözmürük. Bizim diskurs - ləyaqət və hörmətdir, bizi təhlükə və hədələr həyəcanlandırmır. Biz bərabərlik və qarşılıqlı hörmət əsasında dialoqa və danışıqlara inanırıq.

Bu gün qloballaşan dünyada bütün ölkələrin sülh, təhlükəsizlik, sabitlik və tərəqqisi bir-birinə bağlı olur. Mümkün deyil ki, izqoylar (xarici, sonradan gələn - red.) və irqçi rejimi fələstinlilərin ən əsas hüquqlarını kobudcasına pozsunlar, bu torpağın qəsbkarları isə təhlükəsizlikdən istifadə etsinlər. Heç kim müsəlmanların Yəmən, Suriya, İraq, Bəhreyn, Əfqanıstan, Myanma və bir çox başqa yerlərdə yoxsulluq və müharibə içində yaşadığı zamanda uzunmüddətli sabitlik, tərəqqi və inkişafa yönələ bilməz.

İran özünün bütün tarixi boyu müxtəlif dinlər və etnik qrupların tolerantlıq qalası olub. Biz o insanlarıq ki, yəhudiləri vavilyon quldarlığından xilas edib, erməni xristianlarına qucaq açıb onları öz əhatəmizdə salamlayıb və müxtəlif dinlərin və etnik qrupların birləşməsi ilə unikal "iran mədəniyyət qitəsi"ni yaratmışıq.

Mən o İran təmsil edirəm ki, məzlum xalqlara tarixən kömək edir: əsrlər öncə biz yəhudi xalqının hüquqlarını dəstəkləyirdik və bu gün fələstin xalqının hüquqlarının bərpası üçün israr edirik. İran o ölkədir ki, ədaləti müdafiə edir və əmin-amanlığa can atır.

İran öz qədim imperiyasını bərpa etməyə, rəsmi dinini başqalarına qəbul etdirməyə və ya inqilabı silah gücünə zorla ixrac etməyə çalışmır.

Bizim səfirlərimiz - bizim şairlərimiz, bizim mistikaçılarımız və bizim filosoflarımızdır.

Biz mötədilliyi yaymırıq, tətbiq edirik. BHFP (İranla 5+1 ölkələri arasında əldə edilmiş tarixi nüvə müqaviləsi - Birgə Hərtərəfli Fəaliyyət Planı - İS) buna nümunədir.

Bu sövdələşmə beynəlxalq ictimaiyyətin böyük əksəriyyəti tərəfindən alqışlanan və Təhlükəsizlik Şurası tərəfindən 2231 saylı Qətnamə çərçivəsində təsdiq edilmiş ikiillik intensiv çoxtərəfli danışıqların nəticəsidir. Beləliklə, o, bir və ya iki ölkəyə deyil, bütövlükdə beynəlxalq birliyə məxsusdur.

Əgər BHFP imzalanmasa idi Yaxın Şərqi özünə bir anlıq təsəvvür edin. Özünə təsəvvür edin ki, vətəndaş müharibələri, təkfirçi terrorizm, humanitar dəhşətlər və mürəkkəb sosial-siyasi böhranlar ilə yanaşı Qərbi Asiyada nüvə böhranı da yaşanardı. Biz hamımız buna necə reaksiya verəcəyik?

Mən sizə bəyan edirəm ki, İran İslam Respublikası bu saziş ilk pozmayacaq, lakin o, onun istənilən tərəf tərəfindən pozulmasına qətiyyətlə reaksiya verəcək. Bu saziş siyasət aləmində izqoylar və yeni olanlar tərəfindən məhv edilsə çox yazıq olacaq, dünya isə gözəl imkanı itirəcək. Amma belə uğursuz tədbirlər İranın tərəqqisi işinə heç vaxt mane olmur. ABŞ-ın yeni administrasiyası öz beynəlxalq öhdəliklərini pozaraq, öz xüsusi nüfuzunu dağıdacaq və danızıqlara, öz söz və vədlərinə beynəlxalq etimadı sındıracaq.

Dünən eşitdiyimiz gülünc əsassız ittihamlarla dolmuş kobud, boş və mənfur ritorika (Trampın İran barədəki çıxışı -red.) nəinki ölkələr arasında sülh və hörmətin təşviqi üçün yaradılmış təşkilat olan Birləşmiş Millətlər Təşkilatı üçün qəbuledilməz idi, o, əslində bizim ölkələrin BMT qarşı tələblərinə - müharibə və terror ilə mübarizə üçün hökumətləri birləşdirmək - zidd idi.

Birləşmiş Ştatların hökuməti öz insanlarına izah etməlidir ki, niyə Amerika əhalisinin və bizim regionun aktivlərinin milyardlarla dollarını sərf edərək, sülhə və sabitliyə kömək əvəzinə, o, bölgədə təkcə müharibə, yoxsulluq, terrorizm və ekstremizmin artmasına gətirib?!.

Diqqətinizə görə təşəkkür edirəm.
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930