İmam Hüseynin (ə) hərəminin nəzdində universitet açıldı
Mьəllif: admin1
Tarix: 21-09-2017, 13:06
Bцlmə: Xəbərlər
İmam Hüseynin (ə) hərəminin nəzdində universitet açıldı
İmam Hüseynin (ə) müqəddəs hərəminin nəzdində “Varisul-Ənbiya” Universitetinin açılış mərasimi keçirilib.

Maide.Az xəbər verir ki, Universitetin rektoru Nofel Ərəci deyib ki, təhsil ocağı İmam Hüseynin (ə) hərəminin qabaqcıl layihələrindəndir. “Ümid edirik ki, universitetimiz cəmiyyətə xidmət etməkdə və mühəndislik, tibb, hüquq və digər fakültələrdə tələbələrin yetişdirilməsində önəmli rol oynayacaq”.

O qeyd edib ki, tələbələrin qəbulu İraqın ali təhsil və elmi tədqiqat nazirliyinin qaydalarına uyğun aparılacaq.

Universitetdə həmçinin modern texnologiyalarla təchiz olunmuş laboratoriyalar mövcuddur ki, tələbələrin yüksək elmi biliyə sahiblənməsinə yardımçı olacaq.

Təhsil haqqı isə digər universitetlərdən daha aşağı olacaq.
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930