İsrail arxeoloqları üzərində “Əliyyən Vəliyyullah” həkk edilən 2 min qızıl sikkə tapıblar
Mьəllif: admin1
Tarix: 19-09-2017, 10:49
Bцlmə: Xəbərlər
İsrail arxeoloqları üzərində “Əliyyən Vəliyyullah” həkk edilən 2 min qızıl sikkə tapıblar
Sionist rejimi arxeoloqları Aralıq dənizində qazıntılar zamanı bir xəzinə tapıblar. Xəzinə, əsasən üzərində “La İlahə İlləllah, Məhəmməd Rəsulullah, Əliyyən Vəliyyulah” şəhadət kəlməsi olan dinarlara şamildir.
İslaminSesi.info RT-ə istinadla xəbər verir ki, arxeoloqlar bu xəzinənin, 909-1171 ci illərdə Misir və Şimali Afrikada hakimiyyətdə olmuş Fatimilər dövlətinə aid olduğunu deyirlər.

Məlumata görə xəzinə hazırda Sionist rejimin nəzarətində olan (Fələstinin qədimi şəhərlərindən biri) qədimi Qisariyyə şəhərinin Aralıq dənizi sahillərində tapılıb.

Xəzinədə belə dinardan 2 min ədəd olub.

Bu ikinci dəfədir ki İsrail arxeloqları Aralıq dənizində Fatimilər dövrünə aid sikkləri ehtiva edən xəzinələri tapırlar.

2015-ci ildə də belə bir xəzinə tapılmışdı.

İsrailli arxeoloq Reobert Kul deyir ki, “Fatimilər dövləti varlı bir imperiya idi. Onlarda pul vahidi qızıldan bəzən də gümüşdən idi. Bildiyimzə görə 12-ci əsrdə Fatimilər dövlətinin xəzinəsində 12 milyon dinar var idi. Onlar çox varlı idilər. Nəhəng imperiyanı idarə edirdilər. Bu məsələ diqqətdə saxlanılmalıdır”
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930