Myanmanın siyasi lider və naziri Rohingya müsəlmanlarından danışdı
Mьəllif: admin1
Tarix: 8-09-2017, 21:17
Bцlmə: Xəbərlər
Myanmanın siyasi lider və naziri Rohingya müsəlmanlarından danışdı
İslamazeri.com Türkiyə mediasına istinadən xəbər verir ki, Myanma xarici işlər naziri və dövlət rəhbərliyindən cavabdeh dövlət naziri Aunq San Suu Çii Arakan məsələsinin həlli üçün zaman lazım olduğunu deyib.

Suu Çii jurnalistlərə verdiyi açıqlamada, 1,5 il əvvəl vəzifəyə başlayan hökumətin arakanlı müsəlmanların həyatlarının qorunması üçün çalışdığını iddia edib və "Lakin 18 ay ərzində bizdən hər şeyi həll etməyimizi gözləmək bir az məntiqsiz olar",- deyib.

Myanma hökumətinin BMT-nin sabiq Baş katibi Kofi Annanın başçılıq etdiyi Arakan Məsləhətləşmə Komissiyasının tövsiyələrini tətbiq etməyi səbirsizliklə gözlədiyini söyləyən nazir "İnkişaf sahəsində əlimizdən gəldikcə sürətli yol qət etməyə çalışırıq, çünki ən böyük problemlərimizdən biri resursların çatışmamazlığıdır",- deyib.

Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031