Sünni din xadimi ikinci dəfə Ayətullah Xameneiyə məktub göndərdi - MƏZMUN
Mьəllif: admin1
Tarix: 8-09-2017, 21:16
Bцlmə: Xəbərlər
Sünni din xadimi ikinci dəfə Ayətullah Xameneiyə məktub göndərdi - MƏZMUN
İslamazeri.com "Mehr"ə istinadən xəbər verir ki, İranın cənub-şərqində yerləşən Zahədan Əhli-Sünnə Darul-Ulum Elmiyə Mədrəsəsinin müdiri Mövləvi Əbdülhəmid İsmayıl Zəhi Ayətullah Xameneinin fərmanına təşəkkür edərək təqdir edib.

Məkki məscidinin imamlığını da edən İsmayıl Zəhi 2 avqust 2017 tarixində İran Ali Rəhbəri Ayətullah Xameneiyə xitabən yazdığı məktubda İranda sünni müsəlmanlarının yaşadığı bəzi problemləri qələmə almış və ondan bu məsələ ilə bağlı olaraq məşğul olmasını istəmişdi.

Ayətullah Xamenei də, bu məktuba cavab yazısında, dövlətin bütün orqanlarının konstitusiyaya görə və dini təlimlər çərçivəsində heç bir ayrı-seçkilik qoyulmadan və bütün iranlıların bərabər olduğunu bildirərək, heç bir irq, qrup və məzhəbə üstünlük edilməməsi əmrini vermişdi.

İsmail Zəhi Ayətullah Xameneinin cavabından sonra ona xitabən təşəkkür və təqdir ehtiva edən məktub göndərib.

Sünni din xadimi məktubunun bir hissəsində, İran Ali Rəhbərinin tarixi və dahiyanə əmrinin bölgənin həssas şəraiti nəzərə alındıqda son dərəcə əhəmiyyətli olması ilə yanaşı bu məktubun İslam düşmənlərini narahat edəcək və İran millətini isə sevindirən və milli həmrəylik və davamlı təhlükəsizliyə səbəb olduğunu yazıb.
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031