“Tramp Səud rejimini “süd verən inək” kimi qələmə verdi”
Mьəllif: admin1
Tarix: 4-09-2017, 10:51
Bцlmə: Xəbərlər
“Tramp Səud rejimini “süd verən inək” kimi qələmə verdi”
Bəhreynin nüfuzlu ruhanilərindən Kərbabadi ölkədə baş verən son hadisələrlə bağlı açıqlama verib.

İslamazeri.com “Mehr”-ə istinadən xəbər verir ki, ilk öncə Ali-Xəlifənin xalqa qarşı işgəncə faktlarından söz açan Şeyx Əli Kərbabadi bildirib: “Bu məsələ təkcə son aylara aid deyil. İşgəncə hallarının yalnız siyasi fəallara, hüquq müdafiəçilərinə və media işçilərinə qarşı olduğunu düşünürsünüzsə yanılırsınız! Çünki bu rejim hətta uşaq və qadınları, fəal şəxslərin ailələrini belə incidir. Bu hallardan biri kimi İbtisam Saiğin adını çəkmək olar. Təəssüf ki, bütün bunlara baxmayaraq BMT bu məsələyə hələ də münasibət bildirməyib. Onların yeganə bildirişi bu məsələdən narahat olmalarını bəyan etmək olub.”

ABŞ-ın bölgə xalqlarına qarşı olan düşmənçilik siyasətindən də danışan Şeyx Kərbabadi bildirib: “Onların əsas hədəfi ölkələrin milli sərvətlərini qarət edib, öz nüfuzlarını artırmaqdır. ABŞ Bəhreyndə baş verən son hadisələrdən maksimum mənfəət əldə etmək istəyir. Biz çox gözəl şəkildə gördük ki, Donald Tramp Səud rejimini “süd verən inək” kimi qələmə verdi. Bu, Vaşinqtonun ölkələrdən sui-istifadəsinin göstəricisidir. Bölgə diktatorlarına dəstək verən və bununla da Bəhreyn böhranının sonlanmasına imkan verməyən məhz bu rejimidir. Ali-Xəlifə rejiminin bəzi məmurları həmvətənlilərimizə işgəncə etdikləri zaman deyirlər: “Trampın prezidentlik dönəmində siz yalnız insan haqlarından deyil, heyvan haqlarından da məhrum olacaqsınız.”
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031