Mineral su içməyin faydaları
Mьəllif: admin1
Tarix: 12-08-2017, 22:21

 İnsan həyatında sağlam bədən üçün mineralların olduqca böyük rolu var. Bədənin hormon funksiyalarında xüsusi funksiyalar yerinə yetirdiyi kimi müxtəlif proseslərdə də rol oynayırlar. Qeyri-üzvi maddələr sinfinə daxil olan mineralların orqanizm tərəfindən istehsalı üçün xaricdən alınmalıdır. Minerallar, insan orqanizmi üçün həyati əhəmiyyətə malikdirlər. 

Xüsusilə natrium, kalium, kalsium və maqnezium kimi minerallar suyun içində təbii olaraq mövcuddur.


Kalsium: orqanizm üçün mühüm bir funksiyaya sahib olan kalsium, əzələlərin zəifləməsində, sümük və skelet sisteminin sağlamlığında və dişlərin strukturunda mühüm bir funksiyaya malikdir. Orqanizmin kalsium ehtiyacı ödənmədiyi zaman orqanizm sümüklərdə toplanmış olan kalsiumu işlətməyə başlayır.


Maqnezium: bədənin maddələr mübadiləsinin bir çox kimyəvi prosesini həyata keçirməsi üçün enerji istehsal etməsi lazımdır. Bu halda açar rol maqnezium mineralına düşür. Bu mineral sayəsində enerji istehsalı, həzm kimi həyati hadisələr baş verir.


Kalium: natrium ilə işləyərək orqanizmin su və elektrolit tarazlığını təmin edir. Ürəyin ritm rejimini nizamlayır. Bunun yanında qan təzyiqinin nizamlanmasında da rolu böyükdür.


Natrium: bədənin su və elektrolit balansının təmin edilməsində mühüm rola malikdir. Hüceyrələrdən qana və ya qandan hüceyrələrə maddə keçidinin təmin olunması bu mineral sayəsində olur.

 

Deyerler.org


Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930