Fələstin XİN: Xalqımız, Qüdsün İsrailin paytaxtı olması düşüncələrinin üzərindən xətt çəkdi
Mьəllif: admin1
Tarix: 30-07-2017, 09:21
Bцlmə: Xəbərlər

Fələstin XİN: Xalqımız, Qüdsün İsrailin paytaxtı olması düşüncələrinin üzərindən xətt çəkdi

 İslamazeri.com Fələstin mediasına istinadən xəbər verir ki, Ərəb Birliyinin Qahirədə keçirilən fövqəladə görüşündə çıxış edən Riyad Maliki bildirib: "İsrail rejimi islam və ərəb ölkələrinin iman, mənafe və hislərini görməməzlikdən gələrək, islam və xristianlıq dəyərlərinə qarşı hörmətsizlik edir. İş elə bir yerə çatıb ki, Əqsa məscidinin qapılarını bağlayaraq, son 50 ildə misilsiz bir qanunsuzluq törədir.”


İsrail məmurlarının bu addımlarla islam və ərəb ölkələrinin müsəlmanların ilk qibləsinə verdikləri dəyərləri yoxlamaq istədiklərini deyən Maliki "Beytul-müqəddəs sakinləri bu şəhər və müqəddəs məkanlarının onlara məxsus olduğunu bildirdilər. Qüds sakinləri təzyiq göstərərək, Sionost rejiminin əsassız şüarlarını təsirsiz etdilər. Onlar Qüdsün İsrailin paytaxtı olması düşüncələrinin üzərindən xətt çəkdilər. Mövzu məscidə qoyulan kamera və ya qapılar deyil. Məsələ məscidin sahibinin kimlər olduğu və kimlərin nəzarət altında olmasıdır. Məsələ təhlükəsizlik barədə deyil, tamamilə siyasi bir haldır.”, -deyə əlavə edib.

Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031