"Bu qələbəni təkfirçilərin qurbanlarına çevrilən əhli-sünnə qardaşlarımıza hədiyyə edirik"
Mьəllif: admin1
Tarix: 27-07-2017, 10:47
Bцlmə: Xəbərlər

"Bu qələbəni təkfirçilərin qurbanlarına çevrilən əhli-sünnə qardaşlarımıza hədiyyə edirik"

 İslamazeri.com "Al Manar”-a istinadən xəbər verir ki, Seyid Həsən Nəsrullah sözlərinin əvvəlində fələstinlilərin Əqsa məscidini müdafiə etməsinə görə təşəkkür edərək, bu addımları təqdirə layiq adlandırıb.

Müqavimət və Fələstinin yanında olduğunu deyən "Ənsarullah” lideri Seyid Əbdül-məlik Husiyə də təşəkkürünü bildirən Nəsrullah, Yəməndə İsrail əleyhinə keçirilən aksiyaların Əqsa məscidinin azadlığı üçün böyük addım olduğunu bildirib.

Donald Trampın "Hizbullah” və İran əleyhinə Livanın baş nazirinin önün sözlərinə işarə edən Seyid Nəsrullah "Ölkə heyəti hazır Amerikadadır. Onların utanmamalarına və pis vəziyyətdə qalmamalarına görə Trampa bu çıxışımda cavab verməyəcəyəm.”, -deyə əlavə edib.

Ərsal əməliyyatı barədə geniş söz açan "Hizbullah” lideri deyib: "Bu əməliyyatdan hədəfimiz terrorçuları və silahlı dəstələri bölgədən uzaqlaşdırmaqdır. Müqavimətə hücum edənlərlə bəhs etməyəcəyik, çünki biz hazırda həlledici döyüşlə məşğuluq. Ərsalın azadlıq əməliyyatı 2015-ci ildən təxirə düşmüşdü, lakin biz ötən ilin qış aylarından etibarən özümüzü bu əməliyyata hazırladıq. Bu əməliyyata başlamağımız öz qərarımızla olub, Suriya və İranın deyil. Bu əməliyyatda şəkki olan və bizi ittiham edənlərə tövsiyəm budur ki, qüvvələrimizz şəhid olduğu bölgələrə baş çəksinlər. Biz Curud Fəlitə bölgəsində Suriya ordusunun dəstəyi ilə mübarizə apardıq və bölgəni "Nusra” üzvlərindən təmizləməyi bacardıq. Livan ordusu da terrorçuların köçkün düşərgələrinə yaxınlaşmasına mane oldu. Bu çox mühüm iş idi. İŞİD "Nusra” üzvlərini qəbul etmir, çünki onların Əbubəkr Bağdadiyə beyət etmələrini şərt qoyur. Bu məsələ də "Nusra” üçün qəbul olunmazdır. Biz heç vaxt Ərsal şəhərciyini və əhalisini hədəfə almamışıq. Biz azad etdiyimiz Curud bölgəsini ölkə ordusuna təhvil verməyə hazırıq. Hazırda böyük bir qələbə bizim qarşımızdadır. Biz bu qələbəni islam ümmətinin məzhəblərinə, xüsusən təkfirçilərin qurbanlarına çevrilən əhli-sünnə qardaşlarımıza hədiyyə edirik. Bu əməliyyata hər növ dəstəyi olanlara dərin təşəkkürümü bildirirəm.”


Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031