Quldurbaşını “Tövbə! Tövbə!” deyə fəryad etməyə nə vadar etdi?
Mьəllif: admin1
Tarix: 15-07-2022, 22:54
Quldurbaşını “Tövbə! Tövbə!” deyə fəryad etməyə nə vadar etdi?
Bir dəstə yol kəsən quldurlar səfərə çıxan insanlar axtarırdılar ki, onları qarət etsinlər. Anidən bir müsafir görürlər və ona tərəf çapırlar.

Ona deyirlər ki, hər nəyin varsa, bizə ver. O, deyir: "Bütün malım 80 dinardır ki, onun 40 dinarını borcluyam. Qalanı ilə gərək ehtiyaclarımı ödəyəm ki, vətənimə gedib çata biləm”.

Quldurların başçısı deyir: "Onu buraxın, görünür ki, bədbəxt bir insandır”.

Quldurlar pusquya otururlar və müsafir dediyi yerə gedir və borcunu qaytarır və geri qayıdır. Qayıdan zaman yenə də quldurların hücumuna məruz qalır.

Ona deyirlər ki, hər nəyin varsa ver, yoxsa səni öldürəcəyik. O, deyir:”Malım 80 dinar idi və 40 dinarını borcuma qaytardım və qalanı da ehtiyaclarım üçün qalmışdır”.

Başçılarının əmri ilə onu axtarırlar və görürlər ki, düz deyir.

Quldurların başçısı deyir: "Mənə düzünü de görüm, bu qədər təhlükə ilə qarşılaşan zaman necə doğru söz deməkdən çəkinmədin?”.

Deyir: "Uşaq olan zaman anama söz vermişdim ki, bütün ömrüm boyu doğru sözdən başqasını deməyəcəyəm və yalana düçar olmayacağam”.

Bu zaman quldurların başçısı deyir: "Sən anana söz vermisən ki, yalan danışmayacaqsan və bu qədər sözünə sadiqsən. Bəs mən necə Allaha verdiyim sözə sadiq olmayım ki, bizdən günah etməməyimizə görə söz almışdır?!”.

Fəryad çəkir və deyir: "Allahım, bundan sonra sözümə əməl edəcəyəm! Tövbə, tövbə!”.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930