Günəşin zərərli şüalarından qoruyan 5 qida
Mьəllif: admin1
Tarix: 13-07-2017, 22:28

 Yaşıl çay

Yaşıl çayın sahib olduğu EGCG adlı təbii birləşmə, günəşin ultrabənövşəyi şüalarından qoruyur və dərinin qırışmasının qabağını alır.
Pomidor
Pomidora qırmızı rəng verən və çox əhəmiyyətli bir antioksidant olan likopen də ultrabənövşəyi şüaların səbəb olduğu zədələrə qarşı qoruyucu elementdir. Bu səbəblə xüsusilə günəş kremlərində dərinin qocalmasının əleyhinə təsir yaratmaq üçün likopen istifadə edilir.
Soya
Soyanın tərkibindəki antioksidant genisteinin və antidegenerativ funksiyalara malik molekulların, günəşə bağlı dəri zədələrini azaltdığı və dərini gücləndirdiyi müəyyən edilmişdir.
Brokoli
Bol istehlak edilən brokoli ultrabənövşəyi şüalara bağlı dəri zədələnmələrini əhəmiyyətli dərəcədə azaldır.
Üzüm çəyirdəyi
Xüsusilə günəşin yol açdığı ləkələlərə qarşı qoruyucu fenomen olan üzüm çəyirdəyi, həmçinin qanda şəkərin səviyyəsinin tənzimlənməsi və xolesterinin azalmasında da fəaldır.

 

Deyerler.org

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930