Meyvə yemək üçün ən uyğun zaman
Mьəllif: admin1
Tarix: 28-06-2017, 19:58

Meyvə yemək üçün ən uyğun zaman

 Faydası saymaqla bitməyən ləzzətli meyvələri yeməyin bir vaxtı var.

Sağlam bir həyat tərzi üçün istehlak edilən qidaların növü və miqdarı qədər vaxtı da əhəmiyyət daşıyır. Bir çox insanın axşam yeməyindən sonra meyvə yediyinə diqqət çəkən mütəxəssislər, bu mövzu barəsində ətraflı məlumat verdilər: "Bütün meyvələr bir-birindən faydalı vitamin və minerallardan yaranır və hamısı fərqli bir narahatlığı aradan aparan bir xüsusiyyətə malikdir. Meyvələr sağlamlıq üçün olduqca zəruri qida hesab olunur. Sağlam bədən üçün meyvələrə mütləq ehtiyac var. Ancaq meyvələrin faydaları qədər nə zaman istehlak edildikləri də əhəmiyyət kəsb edir. Bir çox insan axşam yeməyindən sonra meyvə yeməyə üstünlük verir. Bu cür qidalananlar qaraciyər narahatlıqlarına yol açırlar. Həmçinin qaraciyər piylənməsi də ortaya çıxır".

Meyvə yemək üçün ən uyğun vaxt günorta və ya əsr vaxtını qeyd edən mütəxəssislər, istehlakın həddini aşmamağı da vurğulayırlar.

 

Deyerler.Org

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930