Baş katib: Paraçinar Pakistanın Qəzzasına çevrilib; Şiələrin qətliamını dayandırın
Pakistan Müsəlman Birliyinin baş katibi Raca Nasir Abbas Cəfəri Pakistanda keçirilən konfransda çıxışında təkfirçi- terrorquların ölkədə törətdiyi cinayətləri pisləyib və təkfirçilər əleyhinə mübarizənin güclənməsini və şiələrə qarşı qırğınların dayandırılması üçün daha ciddi addımların atılmasını tələb edib. Maide.Az beynəlxalq KİV-lərə istinadən xəbər verir ki, A.Cəfəri Paksitanın Paraçinar bölgəsində Əhli-beyt (ə) ardıcıllarının durumunun olduqca ağır olduğunu vurğulayıb və deyib: "Paraçinar Pakistanın Qəzzasına çevrilib. Ona görə ki, necə ki, Fələstinin işğal olunmuş ərazilərində Qəzza əhalisi irqçi sionist rejimin əlindən əziyyət çəkir, eləcədə Paraçinar bölgəsində insanlar təkfirçi terrorçuların zülmündən əziyyət çəkir.”
Baş katib İslamabadda keçirilən konfransda hökumətin Paraçinardakı qorxulu terror hadisə qurbanların teleyinə eləcədə xalqın bu cinayətlərə etiraz olaraq keçirdiyi oturaq aksiyalara laqeyd yanaşmasını pisləyib. "Xalq itirilmiş insanlara görə oturaq aksiya keçirir. Terror qurbanı olmuş şəxslərin taleyi və Paraçinar xalqının qəmi və kədəri heç kəsi maraqlandırmır. Paraçinarda internet və mobil telefon xidmətləri dayandırılıb. Ona görə ki, zalim hökumət rəsmiləri xalqın səsini boğmaq istəyir. Onlar istəmir ki, Pakistnaın şiə müsəlmanlarının səsini dünya eşitsin”. Oxşar xəbərlər
|