Aviqdor Liberman: “Suriyaya qarşı hücumlar davam edəcək”
Mьəllif: admin1
Tarix: 27-06-2017, 19:41
Bцlmə: Xəbərlər

Aviqdor Liberman: “Suriyaya qarşı hücumlar davam edəcək”

 Sionist İsrail rejiminin müdafiə naziri Aviqdor Liberman İsrail rejimi qüvvələrinin sionist gəlmələrin təhlükəsizliyini təmin etmək məqsədi ilə Suriyaya hücumları davam etdirəcəklərini bildirib.

 

Deyerler.org Yaxın Şərq KİV-lərinə istinadən xəbər verir ki, Liberman iyunun 26-da Knessetin təhlükəsizlik və xarici əlaqələr komitəsinin iclasında etdiyi çıxışında bu barədə açıqlama verib. Liberman Suriya ordusunun mövqeləri istiqamətində hava və artilleriya hücumlarına davam edəcəklərini söyləyib.

 

Kuneytra bölgəsində Suriya ordusu mövqelərini ardıcıl 3 gün raket ilə havadan və qurudan hədəfə aldıqlarını deyən sionist İsrail rejiminin müdafiə naziri, hücumlar nəticəsində Suriya vətəndaşları və əsgərlərinin öldüyü və yaralandığını söyləyib.

 

İsrail rejimi Suriya ərazilərindən şənbə və bazar günlərində işğal altındakı Fələstin torpaqlarına minaatandan hücum edildiyi bəhanəsi ilə Kuneytra bölgəsində Suriya ordusunun mövqelərinə hücum edib.

 

 

Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031