Qəbir daşına İmam Əlidən (ə) hədis yazılmış alman xanım...
Mьəllif: admin1
Tarix: 28-06-2022, 10:36
Bцlmə: Xəbərlər
Qəbir daşına İmam Əlidən (ə) hədis yazılmış alman xanım...
Annemari Şimmel İslam dininə qərəzsız yanaşmış nadir şərqşünaslardan olub. Almaniyanın sabiq prezidenti Roman Hersoq şərqşünas xanımın anım mərasimində deyib:

Əgər Annemari Şimmel olmasaydı, almanlar heç zaman başa düşməzlər ki, onların İslam haqqındakı təsəvvürləri kökündən yanlışdır!

Annemari Şimmel 1922-ci ildə anadan olub. Uşaq vaxtı oxuduğu bir ərəb nağılı onun qəlbində qığılcıma çevrilib. 15 yaşından ərəb dilini öyrənməyə başlayıb.

1944-cü ildə doktorluq dərəcəsi alan gənc xanım Ankara Universitetində tədrislə məşğul olub. Bu arada, türk, ərəb, fars, ordu, bir çox hind-avropa dillərinə yiyələnib. O, 1951-ci ildə dinlər tarixi üzrə növbəti dəfə doktorluq alıb.

Annemari Şimmel Avropanın təəssüblə Salman Rüşdini himayə etdiyi dövrdə bir müsahibədə qeyri-ənənəvi cavabı ilə öz ətrafındakıları heyrətləndirib. Annemari Şimmel deyib: Salman Rüşdi öz səthi kitabı ilə qərbdə bəzi dairələrdən imtiyaz almaq istədi. Eyni zamanda dünya müsəlmanlarının hisslərini təhqir etdi...

Bu müsahibəyə görə o 1995-ci ildə islamofobların hücumuna məruz qalıb. Amma Almaniya prezidenti kimi tərəfsiz insanlar şərqşünas xanımın tarixi xidmətlərini yüksək dəyərləndirib.

Annemari Şimmel 2003-cü ildə dünyasını dəyişib. Bonn Universitetində çıxış edən professor Məhəmməd Əbülfəzh Bədram maraqlı bir nöqtəyə işarə edib:

Annemari Şimmeldən soruşdum ki, bu qədər hücum qarşısında necə dözür? O, təbəssümlə cavab verdi ki, o insanlar kinli insanlardır və kinli insan gözəlliyi görməz...

Başqa maraqlı nöqtə xanımın qəbir daşı üzərində Əmirəlmöminin Əlinin (ə) bir buyuruğunun həkk olunmasıdır: "İnsanlar yuxudadır, öldükləri zaman oyanarlar!" (الناس نیام فاذا ماتوا انتبهوا)

Vilayet.info
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930