Amerikalı müsəlman gənc qız məscidə gedərkən qətlə yetirildi
Mьəllif: admin1
Tarix: 21-06-2017, 20:51
Bцlmə: Xəbərlər

Amerikalı müsəlman gənc qız məscidə gedərkən qətlə yetirildi

 ABŞ-ın Virciniya ştatında bazar günü qətlə yetirilən 17 yaşlı Nabra Hassanənin atası Mahmud Hassanən qızının müsəlman olduğu üçün təcavüzə məruz qaldığını və bunun nifrət cinayəti olduğunu deyib.

 

Deyerler.org xəbər verir ki, Misir əsilli ABŞ vətəndaşı Hassanən Anadolu-ya açıqlamasında, heç gözləmədikləri bir hadisə ilə üzləşdiklərini bildirib.

 

Həm özünün, həm də yoldaşının bu hadisə qarşısında şoka düşdüyünü deyən 60 yaşlı Hassanə belə deyib: "Bunun qızımın başına gəlməsini gözləmirdik. 3 uşağım var və onlara bu vəziyyəti izah etməkdə çətinlik çəkirəm.

Müsəlmanam. Bir insanın istənilən bir vaxtda və məkanda ölə biləcəyinə inanıram. Amma onun bu şəkildə öldürülməsini heç vaxt gözləmirdim. Polis hadisə ilə bağlı istədiyini deyə bilər. Amma cinayətkar niyə başqa bir qrupun yox, məhz qızımın olduğu qrupun arxasınca getdi və ona beysbol dəyənəyi ilə hücum etdi? Hesab edirəm ki, bu bir nifrət cinayətidir".

 

Hadisənin baş verdiyi gecə qızının nə üçün hədəf kimi seçildiyi sualına Hassanən, "Qızım öldürülüb çünki bir müsəlmandır. Başı aşağıdır. Onu öldürən adam, hicablı 15-16 qızı təqib etdi və içlərində mənim qızımı öldürdü", - ifadələrini istifadə etdi.

 

Qeyd edək ki, Nabra Hassanən iyunun 18-də Vaşinqton yaxınlığındakı bir məsciddə gedərkən qətlə yetirilib. Polis 22 yaşlı Darvin Martinesi cinayətdə ittiham edib.

 

Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031