İrandan Səudiyyə Ərəbistanına CAVAB
Mьəllif: admin1
Tarix: 20-06-2017, 22:19
Bцlmə: Xəbərlər

İrandan Səudiyyə Ərəbistanına CAVAB

 İslamazeri.com Türkiyə mediasına istinadən xəbər verir ki, Fars körfəzindəki Mərcan neft sahəsinə qayıqla yaxınlaşdığı iddia edilən İnqilab Keşikçilərinin əsgərlərindən üçünün Səudiyyə Ərəbistanı tərəfindən nəzarətə alındığı xəbəri haqqında İrandan açıqlama edilib.

İran Daxili İşlər Nazirliyi Sərhəd İşləri Şöbəsinin rəhbəri Məcid Ağababaiye nəzarətə alınan üç nəfərin əsgər yox, Buşəhr şəhərindən olan balıqçılar olduğunu deyib. Ağababaiye "Hərbi personal olduğunu göstərən heç bir dəlil yoxdur",- deyə də əlavə edib.
Səudiyyə Ərəbistanının İnformasiya və Mədəniyyət Nazirliyindən bazar günü edilən açıqlamada, cümə günü Mərcan neft sahəsinə yaxınlaşan bir qayıqda silah ələ keçirildiyi bildirilmişdi. Açıqlamada, qayıqdakı üç nəfərin nəzarətə alındığı və sorğu-sual olunduğu qeyd edilmişdi. Bundan başqa açıqlamada, "Bunun Səudiyyə quru sularında insanlara və mallara zərər verməyi hədəfləyən bir terrorçu fəaliyyət olduğuna şübhə yoxdur",- deyilmişdi.

Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031