Avropada "İslam düşməni" məscid yaxınlığında hücum törətdi
Mьəllif: admin1
Tarix: 20-06-2017, 09:25
Bцlmə: Xəbərlər

Avropada "İslam düşməni" məscid yaxınlığında hücum törətdi

 İslamazeri.com-un "Reuters”-ə istinadən verdiyi xəbərə əsasən, Böyük Britaniyanın paytaxtı London şəhərində yerləşən məscid yaxınlığında islamofob şəxs idarə etdiyi furqon maşını insanların üzərinə sürüb. Hadisə nəticəsində 10 nəfər xəsarət alıb, 1 nəfər həyatını itirib.

"8 nəfər xəstəxanaya yerləşdirilib. İki nəfərə isə hadisə yerindəcə tibbi yardım göstərilib.”, - deyə London polisinin nümayəndəsi bildirib.

İnsident bu gün gecə saatlarında baş verib. Furqonun sürücüsü hadisə şahidləri tərəfindən tutulub və polisə təhvil verilib.

Ölkə Baş naziri Tereza Mey bildirib ki, polis hadisəni potensial terror aktı kimi nəzərdən keçirir.

Böyük Britaniya Müsəlman Şurasının başçısı Harun Xan bildirib ki, hücumu törətmiş şəxs qabaqcadan planlaşdırılmış şəkildə və islamofob əhval-ruhiyyə ilə hərəkət edib.

O bildirib ki, Böyük Britaniyanın müsəlman icması son həftələr və aylar çox sayda islamofob problemlərlə üzləşib və bu gün baş verən də onlardan biridir.

"Gözləyirik ki, ölkə rəhbərliyi məscidlərin yaxınlığındakı təhlükəsizlik tədbirlərini gücləndirəcək.”. â€" deyə o bildirib. Xan əlavə edib ki, müsəlman icması daha əvvəl də oxşar çağırışlarla çıxış edib.

Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031