Ərdoğan Kılıçdaroğlunun həbs anonsunu verdi
Mьəllif: admin1
Tarix: 18-06-2017, 10:46
Bцlmə: Xəbərlər

 "Ədalət” yazılan plakatlarla gəzmək ölkəyə ədalət gətirməz.

 

İslaminSesi Axar.az-a istinadən  xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan CHP lideri Kamal Kılıçdaroğlunun yürüşünə münasibət bildirərkən deyib.

 

Dövlət başçısı bildirib ki, ədalət parlamentdə axtarılmalıdır:

 

"Sən də ədalətli davran. Görəsən rəhbərlik etdiyiniz qurum nə qədər ədalətlidir? Sabah məhkəmə öz hüzuruna sizi də dəvət edərsə, təəccüblənməyin. Ramazan ayında milləti küçələrə çağıraraq belə yürüşə başlamaq doğru deyil”.

 

Qeyd edək ki, CHP lideri Kamal Kılıçdaroğlu millət vəkili Enis Bərbəroğlunun həbsindən sonra hər gün təxminən 20 km olmaqla, bir ay müddətində Ankaradan İstanbula yürüş qərarı verib.

 
Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031