Avropa artıq ABŞ-a əvvəlki kimi bel bağlaya bilməz - Avropa Komissiyasının rəhbəri
Mьəllif: admin1
Tarix: 11-06-2017, 10:49
Bцlmə: Xəbərlər

 Avropa öz məsuliyyətini dərk etməlidir, çünki ABŞ-a artıq əvvəlki kimi güvənmək olmaz

 

İslaminSesi-nin TASS-a istinadla verdiyi məlumata görə, bu barədə Avropa Komissiyasının rəhbəri Jan-Klod Yunker bildirib.

 

Tramp xarakyterizə etməyin heç də asan olmadığı tərəfdaşdır. Siyasi sənətkarlıqla - bu sözün yaxşı mənasında (desək-red.) - o, bizdən fərqli olaraq Avropada bir qədər başqa cür hökmranlıq edir. Onun hərəkət tərzi avropalıları başqa məsuliyyət səviyyəsinə tərəf məcbur edir (başqa cür məsuliyyət aparmağa vadar edir-red.). Bizi divara dirəməyiblər, amma alman kanslerinin formulları ilə desək, biz artıq ABŞ-a əvvəlki kimi bel bağlaya bilmərik", - Yunker bildirib.

 

Avropa Komissiyasının rəhbəri bununla yanaşı qeyd edib ki, sıx transatlantik əməkdaşlığa alternativ görmür. "İttifaq üçün, o cümlədən ABŞ üçün başqa imkan yoxdur".

 

Qeyd edək ki, Almaniya kansleri Angela Merkel iki həftə əvvəl bildirib ki, avropalıların Übaşqalarına tam şəkildə arxayın ola bildikləri" dövrlər artıq keçdi. O, bu sözləri NATO və G7-nin (böyük yeddi ölkə) zirvə toplantılarından sonra səsləndirib. Həmin toplantılar Tramp ilə Avropa ölkələri arasında bir sıra məsələlər üzrə fikir ayrılıqları ilə yadda qalmışdı. Bu barədə yerli KİV-lər Merkelin bu fikirlərini onun artıq ABŞ-ı etibarlı tərəfdaş hesab etmədiyi kimi xarakterizə etmişdilər.

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930