Tehranın azərbaycanlı İmam cüməsi küfrün əvəzedicilərini açıqladı
Mьəllif: admin1
Tarix: 10-06-2017, 20:16
Bцlmə: Xəbərlər

Tehranın azərbaycanlı İmam cüməsi küfrün əvəzedicilərini açıqladı

 İslamazeri.com "Farsnews”-a istinadən xəbər verir ki, sözlərinin əvvəlində Tehranda baş verən terror hücumlarına toxunan imam cümə bildirib: "Bu hadisə zamanı şəhid olaraq, Allaha qonaq olanların xoş halına! Onlar məzlumcasına öldülər və bu məzlumiyyət xalqımıza oyanış bəxş edir. Terror hadisələri imperialist dövlətlərin yaratdığı bir şeydir. İmam Xomeyninin (r) vəsiyyətinə əsasən, ABŞ zati olaraq terrorçudur. Onların işi qətl və qarətdir və bəşəriyyətə şərdən başqa verə biləcəkləri başqa bir şey yoxdur. Xərçəng şişi olan İsraili də əkərək, terrorçu dövlət biçdilər. İsrail rejiminin vəzifələrindən biri məhz bu cür terrorlardır. Terrorçular, özlərinə xeyri olmayan bu əməliyyatlarla Cəhənnəmə yollandılar, xalqımıza acı anlar yaşatdılar. Şəhadət övliyaların mirasıdır və xalqımız bu İlahi töhfəylə üns tapıblar.”

Küfr dünyasının öz cinayətləri üçün əvəzedicilər hazırladığını deyən höccətül-islam Siddiqi deyib: "Sələfilər, "Əl Qaidə”, "Taliban” onların əvəzediciləri hesab olunur. Sonda da, bütün şərr qüvvələrin cəm olduğu İŞİD-i hazırlayaraq, "Allahu əkbər” adı ilə aldatdı. Onların nə dini baxımdan, nə də dünyəvi baxımdan qırmızı xətləri yoxdur və heç kimə rəhm etmirlər. Uşaq, qadın və kişiləri məsciddə və digər yerlərdə öldürmək onların adi işlərindəndir. Onlar meşə yırtıcıları kimi qarşılarında maneə görmürlər. Onlar bizim ölkədə təzə deyillər. 30 il öncə ölkədə baş verən terror hadisələri törədənlər də ilk günlər Nəhcül-bəlağə və ABŞ-la mübarizədən dəm vururdular. Onlar bizim prezident və misilsiz alimlərimizə qarşı terror həyata keçirdilər. Lakin bu necə inqilab və xalqdır ki, bütün bu acıları həzm etdi, lakin inqilab motoru bir gün olsun belə dayanmadı?! Əksinə, axan hər qan bizi inqilab yolumuzda daha da sürətləndirdi.”

Ayətullah Xameneinin İmam Xomeyninin vəfatının 28-ci il dönümü münasibətilə etdiyi çıxışa işarə edən imam cümə  "İmam Xomeyninin İlahi bir missiyası var idi. O yer üzünü İmam Zamanın zühuru üçün hazırlamaq niyyətində idi. Elə bu səbəbdən zülm altında əzilən bir ölkəni islam məktəbi ilə diriltdi. İslami dəyərlər əsasında müstəqil, şücaətli və büt sındıran bir cəmiyyət yaratdı. İmam Xomeyni Qədir-xum məktəbini xarici aləmdə icra etdi.”, -deyə əlavə edib.


Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930